Birinci siniflərə elektron qeydiyyat bu tarixdə başlayacaq

 12:37 06.03.2024     2730

2024-2025-ci tədris ili üzrə birinci siniflərə elektron qeydiyyata cari ilin may ayında start verilməsi planlaşdırılır.

Redaktor.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov keçirdiyi brifinqdə deyib.

Dediyinə görə, Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin müəyyən edilmiş mikroərazisi bu il yanvarın 15-dən etibarən ilk dəfə vətəndaşlara təqdim olunub.

“Valideynlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi saytına daxil olaraq məktəblərin ünvanları və həmin məktəblərin ərazisi hesab olunan ünvanların siyahısı ilə tanış ola bilərlər”, - deyə Bağırov bildirib.