8 Marta görə məktəblərə xəbərdarlıq EDİLDİ

 12:46 06.03.2024     4504

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə məktəblərə xəbərdarlıq edib.

Redaktor.az-ın məlumatına görə, agentlik sədri deyib ki, müəllimin fəaliyyətinə verilən ən böyük dəyər şagirdlərinin uğurlu nəticələridir.

“Yəqin ki, bununla məhdudlaşsaq, heç kimi narazı salmarıq. Ümid edirəm ki, bu bayramı müəllim adına, nüfuzuna xələl gətirməyən formada qeyd edəcəyik", - deyə Bağırov bildirib.