50-yə yaxın məktəbdə monitorinq aparıldı, ciddi nöqsanlar AŞKARLANDI

Son iki həftə ərzində 50-yə yaxın məktəbdə monitorinq aparılıb.
Redaktor.az-ın məlumatına görə, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, Azərbaycanda 9 illik təhsil icbari olduğundan həmin müddətdə ciddi pozuntu olmayıbsa, kənarlaşdırılma yolverilməzdir.
"Son iki həftə ərzində 50-yə yaxın məktəbdə monitorinq aparılıb, nöqsanlar aşkarlanıb və ciddi xəbərdarlıqlar edilib. Monitorinq sırf davamiyyətlə bağlı olmayıb, sadəcə, həmin müddətdə buna da fikir verilib", - deyə Bağırov bildirib.