"Bu halların artmasını müşahidə edəcəyik" - Deputatdan məktəblərə ÇAĞIRIŞ
Milli Məclisin Elm və təhsil komitəsinin bü gün keçirilən iclasında millət vəkili Ceyhun Məmmədov bu yaxınlarda Bakı məktəblərinin birində şagirdlərdən birinin həmyaşıdına qarşı zorakılıq etməsinə münasibət bildirib.
Redaktor.az xəbər verir ki, deputat bu məsələdə günahın məktəbdə olduğunu vurğulayıb.
“Bu məsələnin üstündən keçdik. Burada adətən valideyni günahlandırdılar. Bunu doğru hesab etmirəm. Məktəbdə davranış qaydalarının tətbiqinə xüsusi önəm verilməlidir. Hazırda bu qaydalar hansı formada işlənir, tətbiq olunur? Xüsusilə tərbiyə işinin gücləndirilməsi üçün xüsusi iş aparılmalı, tədbirlər planı hazırlanmalıdır. Çünki bu halların artmasını müşahidə edəcəyik. Təhsil çox həssas sahədir. Həm müəllimin nüfuzunun, həm məktəbin nüfuzunun qorunması üçün bu istiqamətdə səylərimizi gücləndirməliyik”, - deyə C.Məmmədov bildirib.