Nazir 8 Martda kişi müəllimləri də təbrik etdi - FOTO

 00:02 09.03.2024     628

Elm və təhsil naziri Emin Əmrullayev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tabeliyində çalışan əməkdaşları təbrik edib.

Redaktor.az xəbər verir ki, nazirin bayram təbrikindən təkcə qadınlara deyil, kişilərə də "pay" düşüb.

Bununla bağlı kişi müəllimlərindən biri özünün sosial şəbəkə hesabında paylaşım edib. O, bunun texniki xəta olduğunu vurğulayaraq nazirin bu hərəkətindən incimədiyini bildirib.

Məsələyə münasibət bildirən bəzi sosial şəbəkə istifadəçiləri naziri növbəti 8 martda daha diqqətli olmağa səsləyiblər.

Həmin paylaşımı təqdim edirik:

/yenisabah.az/