Təhsil Nazirliyinin xidməti minik avtomobillərinin sayı azaldıldı - QƏRAR
Elm və Təhsil Nazirliyinin xidməti minik avtomobillərinin say həddi azaldılıb.
Redaktor.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Qərar imzalayıb.
Qərarla Elm və Təhsil Nazirliyinin xidməti minik avtomobillərinin say həddi 23-dən 10-a endirilib.
Həmçinin, nazirliyin ərazi və yerli bölmələri üzrə mövcud 13 xidməti avtomobil ləğv edilib.
Eyni zamanda, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin balansındakı avtomobillərin sayı 2-dən 3-ə qaldırılıb.