Azərbaycanda professor  VƏFAT ETDİ - FOTO

 17:26 13.03.2024     818

Tanınmış alim, filologiya elmləri doktoru, professor Aydın Ələkbərov vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə iqtisadiyyat.az-a onun yaxınları məlumat verib.

Bildirilib ki, o, 93 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Aydın Qulam oğlu Ələkbərov 1930-cu ilin dekabrında anadan olub. 

O, 1955-ci ildə Azәrbaycan Dövlәt Universitetini (indiki BDU) bitirib. Uzun illər AMEA-nın Dilçilik İnstitutunda elmi işçi, elmi katib, böyük vә baş elmi işçi, eləcə də şöbә müdiri vəzifələrində işləyib.

M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda (indiki Bakı Slavyan Universiteti) prorektor, kafedra müdiri vәzifәlәrindә çalışıb.

Tәdqiqatları ümumi dilçiliyә, rus vә Azәrbaycan dillәrinin fonologiyasına, semasiologiya vә qrammatikasına hәsr olunub.