İlham Əliyev elm və təhsil nazirinin müavini barədə fərman İMZALADI
Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi genişlənib.
Redaktor.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasının tərkibi barədə” Fərmana edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasının üzvləri sırasına Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini də daxil edilib.