Məktəblilərin daha bir biabırçı görüntüləri YAYILDI
Azərbaycanda məktəblərinin birində partaların üstündə qaçan məktəbli yıxılaraq xəsarət alıb.
Redaktor.az lent.az-a istinadən xəbər verir ki, həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Görüntülərdə şagirdin sinif partalarının üzərində ayaqqabı ilə gəzdiyi əks olunub. Daha sonra, ayağı büdrəyərək yerə yıxılıb. Məlum olur ki, hadisə tənəffüs vaxtı baş verib.
Hadisənin hələlik hansı məktəbdə qeydə alındığı məlum deyil.
Həmin görüntüləri təqdim edirik: