Azərbaycanlı tələbə magistraturaya qəbul imtahanlarında ölkə birincisi oldu

Azərbaycanlı tələbə Aytac Əsgərova magistraturaya qəbul imtahanlarında ölkə birincisi olub.
Redaktor.az xəbər verir ki, hazırda Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi olan Aytac 96 bal toplayıb, esse müsabiqəsindən maksimum nəticə göstərib.
Qeyd edək ki, Aytac Əsgərova 2019-cu ildə 656,3 balla Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasına qəbul olub.
O, dünyanın TOP 100 universitetlərindən sayılan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. (oxu.az)