Emin Əmrullayev gənc alimi direktor TƏYİN ETDİ

 17:42 27.03.2024     2892

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialına direktor təyin olunub.

Redaktor.az xəbər verir ki, bu barədə ADPU-nun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən bu vəzifəyə Vurğun Rəhim oğlu Məmmədov gətirilib.

Qeyd edək ki, yeni təyinata qədər Vurğun Məmmədov ADPU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb. Eyni zamanda, tarix üzrə fəlsəfə doktoru, ADPU-nun Azərbaycan tarixi kafedrasının dosentidir.