Baş nazir təhsillə bağlı qərar İMZALADI

 16:06 28.03.2024     1120

Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib.

Redaktor.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı "Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası"nda dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Dəyişikliklə qiymətləndirilmənin nəticəsi məqbul olan şəxsə 5 (beş) iş günü müddətində peşə təhsili üzrə “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə “Elektron imza və elektron sənəd haqqında” qanunun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan aşağıdakı sənədlər (bundan sonra – sənəd) veriləcək.

- “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” vasitəsilə əldə edilmiş sənədin kağız daşıyıcıda olan surətinin təsdiqi “Notariat 2 haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir.

- Sənədin həqiqiliyi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlanıla bilər.

- Sənəd Agentliyin İdarə Heyəti sədrinin (və ya sədr müvəqqəti olmadıqda, onun səlahiyyətlərini icra edən şəxsin) elektron imzası ilə təsdiq edilir.

- Sənəd ərizəçi üçün yaradılmış “Şəxsi kabinet”də yerləşdirilir.

Sənəddə aşağıdakı məlumatlar əks olunmalıdır:

- Sənədin nömrəsi və verildiyi tarix (altsistem tərəfindən verilir);

- Ərizəçinin identifikasiya məlumatları (soyadı, adı, atasının adı və doğum tarixi) və FİN kodu;

- Ərizəçinin əldə etdiyi peşə ixtisası üzrə məlumatlar:

- İxtisasın adı;

- İxtisasın kodu;

- Modulun adı (sertifikat verildiyi halda);

- Sertifikatın müvafiq ixtisas üzrə əmək fəaliyyəti ilə məşğul olmaq üçün əsas sayıldığına dair qeyd (sertifikat verildiyi halda);

- Diplomun ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulduğuna və peşə təhsili səviyyəsinin növbəti pilləsində təhsili davam etdirmək və müvafiq ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayıldığına dair qeyd (diplom verildiyi halda).

Sənəddə bütün məlumatlar Azərbaycan dilində yazılır.