Deputat bu müəllimlərə güzəştli ipoteka verilməsini TƏKLİF ETDİ

 12:38 29.03.2024     895

“Həssas təbəqədən olan soydaşlarımız daim Mehriban xanımın diqqətində olub”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəhruz Məmmədov deyib.

O bildirib ki, “Təhsil haqqında” qanuna ediləcək dəyişiklik həm həssas təbəqəyə, həm də özəl müəssisəyə böyük qayğıdır:

“Özəl təhsil müəssisələrinin müəllimləri digər məktəb müəllimlərinə ayrılan hüquqlardan yararlanmalıdır. Sadəcə özəl məktəblərdə çalışan müəllimlər də öz hesabına güzəştli ipoteka kreditindən yararlana bilməlidir. Bunun üçün xüsusi maliyyə də lazım deyil, sadəcə icazə olmalıdır”.

Humay İSGƏNDƏRLİ