"Güneydən gələn soydaşlarımızın təhsil almasına şərait yaradılmalıdır"

 13:19 29.03.2024     619

"Azərbaycanda Güneydən gələn soydaşlarımızın təhsil almasına şərait yaradılmalıdır".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputatı Sabir Rüstəmxanlı deyib. 

Deputat Güneydən olan tələbələrin də təhsil haqqında azad edilməsini təklif edib:

"Azərbaycan sərhədlərindən kənarda yaşayan soydaşlarımızın da problemlərini nəzərə almalıyıq.  Qeyd edim ki, Güney Azərbaycandan gələn xeyli tələbə ölkəmizdə təhsil alır. Lakin ödəniş miqdarına görə onların bəziləri təhsillərini yarımçıq qoyurlar. Həmin tələbələrə ölkəmizdə müəyyən şərait yaradılmalıdır. Düşünürəm ki, milli maraqlarımızdan çıxış edərək onlar da təhsil haqqından azad edilənlərin kateqriyasına daxil edilməlidir".

Humay İSGƏNDƏRLİ