Bu məktəbdə şagirdlər dalaşdı - AÇIQLAMA

 16:59 01.04.2024     1685

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı Şəhər Nəsimi Rayon T.Həsənov adına 23 saylı orta məktəbdə aşağı sinif şagirdləri arasında baş verən insidentə münasibət bildirib.

Redaktor.az qeyd edir ki, MÜTDA-dan verilən məlumata görə, hadisə aidiyyəti qurumların diqqətindədir: 

“Agentliyin, eyni zamanda Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşları da həmin təhsil müəssisəsindədirlər.Hüquq-mühafizə orqanlarına məlumat verilib, birgə araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.
Xatırladaq ki, məlumata görə, şagirdlər arasında yaranan mübahisə onlardan birinin digərinin boğaz nahiyəsinə xəsarət yetirməsi ilə nəticələnib.Daxili İşlər Nazirliyindən bildirilib ki, tərəflər arasında yaranan mübahisə ilə bağlı polisə məlumat daxil olub. Faktla bağlı araşdırma aparılır (sfera.az).