Müəllimlərin nəzərinə! - Ərizə qəbulu başladı

Dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu başlayıb.
Redaktor.az xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər.
Qeydiyyat aprelin 8-i saat 11:00-dək davam edəcək.