14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərdi

 18:29 02.04.2024     536

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 3-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən (DİM) Redaktor.az-a verilən məlumata görə, bu imtahanlarda iştirakı nəzərdə tutulan 52267 nəfərdən 474 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 16 nəfərin nəticəsi ləğv olunub.

İmtahan iştirakçıları arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.