40-a yaxın bağça müdiri işdən çıxarıldı - 246 nəfər töhmət aldı

 16:29 04.04.2024     753

Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin bağçalara nəzarət etdiyi aylar ərzində məktəbəqədər təhsil müəssisələrində aparılan monitorinqlər zamanı 40-a yaxın müdir işdən çıxarılıb.

Redaktor.az-ın məlumatına görə, bunu Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsil şöbəsinin müdiri İlahə Rəsulova deyib.

Onun sözlərinə görə, eyni zamanda, 246 nəfər xəbərdarlıq, töhmət və şiddətli töhmət alıb.

Vumart və Güvən reklamı Vumart Güvən