"Sentyabrda dərs başlayacaq, amma binanı seçməmişik"
"Bu gün Azərbaycan üçün aktual məsələ Qarabağ və Azərbaycan-Türkiyə Universitetidir”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
“Biz Azərbaycan-Türkiyə Universitetini necə təsəvvür edirik? Bu gün texniki ixtisaslara ehtiyac var. Bu universitetin kampusu üçün 170 hektar yer ayrılıb, amma biz bilmirik hansı bina seçilib. Tək qardaşlıq naminə yox, həm də səviyyəli bir universitet yaratmalıyıq. Sentyabrda dərs başlayacaq, amma binanı seçməmişik. Qazaxa qədər geniş ərazi var, 250-300 hektar yer ayırsaq, o ərazidə kampus tiksək, bu həm də ölkənin qazancına xeyir edər. Eyni zamanda Qarabağ Universiteti əgər ənənəvi universitet formasında yaradılacaqsa, çox inkişaf etməyəcəyik”.
Humay İSGƏNDƏRLİ