Birinci sinifə qəbul prosesinin vaxtı AÇIQLANDI

 15:37 05.04.2024     4553

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb.

Redaktor.az xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

O qeyd edib ki, bu il birinci sinifə qəbul may ayında başlayacaq.