Millət vəkili peşə təhsilində yeni ixtisasların vacibliyindən DANIŞDI
"Ölkəmizdə peşə təhsilinə xüsusi diqqət verilməsi, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında dövlət siyasətidir".
Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı dedi.
O söylədi ki, peşə məktəblərinin fəaliyyət göstərməsi, qardaş Türkiyə ilə ortaq peşə məktəblərinin açılması bu sahədə nümunələrdən ola bilər.
"Ölkəmizdə peşə ixtisaslarının zəruriliyi, kimsədə şübhə doğurmamalıdır. İşğaldan azad edilmiş ərazilərimizdə görülən işləri nəzərə alaraq, eləcə də digər sahələrdə ehtiyacdan irəli gələrək kadrların hazırlanması zərurətdir. Ənənəvi peşə ixtisaslarının olması aydındır: bənna, suvaqçı, rəngsaz, elektrik, qaynaqçı, traktorçu, maşinist, motarist və s. Bunlarla bərabər kompüter təmirçiləri, orta ixtisaslı proqramçılar və digərlərinə də ehtiyac var. Nəşriyyat-poliqrafiya sahəsində peşə ixtisaslarının, peşə ixtisaslı şəxslərin hazırlanması zəruridir", - deyə millət vəkili vurğuladı.
Humay İSGƏNDƏRLİ