Heydər Əliyev adına Hərbi İnstituta yeni ixtisaslar əlavə olundu

Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstituta qəbul qaydalarında yenilik edilib.
Nazirlikdən Redaktor.az-a verilən məlumata görə, Hərbi İnstituta yeni ixtisaslar əlavə olunub.
Bildirilib ki, institutda I ixtisas qrupu üzrə Menecment, III ixtisas qrupu üzrə isə Beynəlxalq münasibətlər və Tarix ixtisasları da tədris olunacaq.
Qeyd edək ki, institutda I ixtisas qrupu üzrə Aerokosmik mühəndislik, Elektrik və Elektronika mühəndisliyi, Mexanika mühəndisliyi, Radiotexnika və Telekommunikasiya mühəndisliyi, eləcə də Sistemlər mühəndisliyi ixtisasları mövcuddur.