Azərbaycanda 8-ci sinif şagirdi vəfat etdi

Sumqayıtda məktəbli vəfat edib.
Redaktor.az xəbər verir ki, Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 8-ci sinif şagirdi Vəliməmmədov Turan Musa oğlu ağır xəstəlikdən sonra bu gün dünyasını dəyişib.
Bildirilib ki, Turan gimnaziyanın fəal şagirdlərindən biri olub.