Misir Mərdanova nə olub? - FOTO

Sabiq təhsil naziri Misir Mərdanov səhhətindəki problemlə əlaqədar müalicə almağa başlayıb.
Redaktor.az xəbər verir ki, bu haqda Misir Mərdanov sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, bayram tətili ilə bağlı fürsətdən istifadə etməyə çalışıb:
"Bayram günlərində həmkarlar təşkilatının göndərişi ilə Şıxov sanatoriyasında müalicə alıram. Onu da qeyd edim ki, burada yaradılmış şəraitdən çox məmnunam", - sabiq nazir deyib.
Sabiq təhsil naziri hazırda Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitunun direktoru vəzifəsində çalışır.
