4-cü siniflər üçün "Son zəng" keçirilməsinə rəsmi MÜNASİBƏT

 13:06 18.04.2024     837

4-cü sinfi bitirən şagirdlər üçün "Son zəng" keçirməsi valideynlərin təşəbbüsü ola bilər.

Redaktor.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib.

Onun sözlərinə görə, agentlik məktəblərə belə tapşırıq verməyib:

"4-cü siniflərin "Son zəng" keçirməsi valideynlərin təşəbbüsü ola bilər. Məktəbdənkənar keçirilən tədbirlərə müdaxilə edə bilmərik”.