İşğaldan azad olunan ərazilərdə neçə məktəb tikilir?

 13:16 18.04.2024     713

Böyük Qayıdışa dair I dövlət proqramı çərçivəsində azad olunan ərazilərdə hazırsa 5 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.

Redaktor.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib.

Onun sözlərinə görə, 13 məktəbin təmir-tikintisi davam edir, 2-si yekunlaşıb, 6-nın isə təmir-tikintisinə başlanılacaq.

"Bundan başqa, azad olunan ərazilərdə hazırda 2 uşaq bağçası fəaliyyət göstərir: "4-nün təmiri davam edir, 4-nün də təmir-tikintisinə başlanılacaq", - Dövlət Agentliyinin direktoru bildirib.

E.Bağırov onu da qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda hazırda 2 uşaq bağçası fəaliyyət göstərir: "4-nün təmiri davam edir, 4-nün də təmir-tikintisinə başlanılacaq".