Yoxlamalardan sonra işdən çıxarılan direktorların sayı AÇIQLANDI
"Təhsil müəssisələrində monitorinqlər davam edir".
Redaktor.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib.
"Son 4 ay içində 40-a yaxın müəssisə rəhbəri nöqsanlarına görə tutduğu vəzifədən azad edilib. 200-ə yaxın müəssisədə müəyyən cəza, tənbeh tədbirləri tətbiq olunub", - o bildirib.