Məktəb direktoru işdən ÇIXARILDI

1 nömrəli ümumi təyinatlı internat məktəbinin direktoru işdən çıxarılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, 1 nömrəli ümumi təyinatlı internat məktəbinin direktoru İsmayıl Əliyev 17 aprel 2024-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq ərizəsi əsasında tutduğu vəzifədən azad edilib.
Qeyd edilib ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilib (trend).