Bu universitetdə saqqalı tələbələr dərsə buraxılmadı - FOTO

 17:44 29.04.2024     340

Bakı Biznes Universitetində bir qrup tələbə ilə rəhbərlik arasında gərginlik yaşanıb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumat baku.ws-ə daxil olub.

Bildirilib ki, buna səbəb saqqal saxlayan oğlanların dərsə buraxılmaması olub. Məsələ ilə bağlı sözügedən təhsil ocağı ilə əlaqə saxladıq.

Universitetin Mətbuat Xidmətindən bildirilib ki, bu, Bakı Biznes Universitetinin daxili qaydasıdır və ildə bir neçə dəfə tələbələrə belə bir xəbərdarlıq edilir. Dərslərə isə heç bir maneə törətmir.

Bizimlə əlaqə saxlayın