Övladı 1-ci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ - Mayın 1-dən...

Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alan 82 minə yaxın uşaq bu gün avtomatik olaraq 1-ci sinfə yerləşdirilib.
Redaktor.az xəbər verir ki, bununla bağlı valideynlərə SMS bildirişləri göndərilib.
Övladları avtomatik olaraq 1-ci sinfə yerləşdirilən valideynlər mayın 1-dən saat 11:00-dan etibarən mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinetlərinə daxil olaraq elektron ərizələrini çap edib məktəbə təqdim edə bilərlər.