Bu ali məktəblərə sənəd qəbulunun vaxtı uzadıldı

 12:12 01.05.2024     588

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə sənəd qəbulu cari ilin 30 may tarixinədək uzadılıb.

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, vətəndaş məmnunluğunun və əlçatanlığın təmin edilməsi məqsədilə respublikanın 13 şəhərində ümumi olaraq 17 sənəd qəbulu mərkəzi yaradılıb. Məlumatda qeyd olunub ki, sözügedən təhsil müəssisələrinə qəbul olmaq arzusunda olan vətəndaşlar istənilən sənəd qəbulu mərkəzinə yaxınlaşaraq sənədlərini təqdim edə bilərlər.