Bu kollecə direktor təyin edildi - FOTO

 10:33 02.05.2024     303

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olunub.

Redaktor.az xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədrinin müvafiq əmri ilə Hicran Əyyubova kollecin direktoru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, H.Əyyubova Azərbaycan Dillər Universitetində bakalavriat, Gəncə Dövlət Universitetində isə magistratura səviyyəsi üzrə təhsil alıb. O, 2006-2022-ci illərdə İ.Şıxlı adına Qazax rayonu Kosalar kənd tam orta məktəbində müəllim, 16.12.2022-ci il tarixindən isə Qazax şəhər Q.Hacımahmudova adına ümumi orta məktəbində direktor vəzifəsində çalışıb. İngilis, fransız, türk dillərini bilir.