Onların təhsil haqqını dövlət ödəyəcək
Deputat Rəşad Mahmudov "Təhsil haqqında" qanuna dəyişiklik barədə təklif irəli sürüb.
Redaktor.az xəbər verir ki, onun sözlərinə görə orqanizmin funksiyalarının 81-100 faiz pozulması vətəndaşın yaşamaması halı ilə bərabərdir.
O təklif edib ki, bədənin hasnsısa bir orqanının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilsin.
Sözügedən dəyişiklik belədir: özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində şəhid ailəsinin üzvlərinin, peşə təhsili müəssisələrində "Müharibə veteranı" adı almış şəxslərin, özəl peşə təhsili müəssisələrində isə əlilliyi olan şəxslərin, 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.
Qeyd edək ki, dəyişiklik üçüncü oxunuşda qəbul edilib.
Humay İSGƏNDƏRLİ