Etibar Əliyev Zukerberqə təşəkkür etdi

 13:10 14.05.2024     422

"Gələcəyin ixtisaslarının atlasını tərtib etməyin vaxtı çatıb".

Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Etibar Əliyev öz feysbuk hesabında yazıb.

"Gələcəkdə hansı ixtisaslara təlabat olacaq? Universitetlər nələri öyrətməlidirlər ki, tələb olunan bilik və bacarıqlar uzun illər yetərli olsun? Tətbiqi riyaziyyat, fizika və elektronika, İnformatika və biznes-informatika, iqtisadiyyat və maliyyə, menecment, Təhsilin idarə olunması, İctimai və humanitar elmlərin tədrisi çağımızın tələblərinə cavab vermir. İxtisasların kvalifikasiyasına diqqət edəndə ilk baxışdan görürük ki, bunlar uzun illərdir ki, mövcuddur. Lakin son illər yeni məzmuna qoyulan tələblər, həm də yeni istiqamətlərin yaranmasını zəruri edib. Bu ixtisaslara təlabat ilbəil artır və 5-10 ildən sonra inanılmaz həddə gəlib çatacaq. Gələcəyin ixtisaslarının atlasının tərtib olunmasında xeyli yubanmışıq. Hər halda mən öz təkliflərimi səhifəmdə yazacam. Başqa platforma yoxdur. Belə imkanı yaratdığına görə bir daha cənab Zukerberqə (feysbukun sahibi Mark Zukerberq -  red.) təşəkkürümü bildirirəm", - deyə millət vəkili qeyd edib.

Humay İSGƏNDƏRLİ