Bu il keçid balları artacaq - Məleykə Abbaszadə AÇIQLADI

 10:36 18.05.2024     708

Keçid balları ali məktəbə, ixtisasa uyğun və verilən yerlərə uyğun müəyyənləşir.

Redaktor.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Yüksəliş" müsabiqəsinun qabiliyyət imtahanları mərhələsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu il şagirdlərin sayının artması və açılan iki yeni universitetə qəbul keçid ballarına təsir edəcək: "Çünki Qarabağ universitetində təhsil almaq çox qürurverici haldır. Bəzi ixtisaslarda orta bal 1-2 bal arta bilər".