Sabah bu siniflərdə monitorinq keçiriləcək

 15:59 18.05.2024     338

Bu gün ölkə üzrə ümumi təhsil müəssisələrinin IV siniflərində keçirilən monitorinq prosesi uğurla yekunlaşıb.

Redaktor.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov deyib.

O bildirib ki, ölkə üzrə ümumi təhsil müəssisələrinin IV siniflərində təhsil alan şagirdlərin 98 faizindən çoxu monitorinqdə iştirak edib.

“Həm agentliyin, həm də regional təhsil idarələrinin əməkdaşları tərəfindən prosesin təşkili izlənilib. Sabah isə VI siniflər üzrə monitorinq keçiriləcək. Şagirdlərin iştirakının maksimum təmin olunması, eyni zamanda, hər hansı xüsusi xoşagəlməz halların baş verməməsi üçün hazırlıqlar davam etdirilir”, - deyə Orxan Abbasov qeyd edib.