Daha bir məktəb direktoru işdən çıxarıldı - FOTO

 11:20 21.05.2024     1020

Sumqayıt şəhərində daha bir məktəbin direktoru işdən çıxarılıb.

Redaktor.az "iqtisadiyyat"a istinadla xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, 33 nömrəli məktəbin direktoru Əsgərova Rübabə Sahib qızı vəzifəsindən azad olunub.

Digər əmrlə, direktor vəzifəsinin icrası isə Əliağa Dadaşova həvalə edilib.

Xatırladaq ki, ötən həftə isə Sumqayıt şəhər 24 nömrəli məktəbin direktoru Nəsibə Cabbarova vəzifəsindən azad olunub.