Görüntüləri yayılan məktəb direktoru işdən  QOVULDU

 16:48 21.05.2024     4420

Ağstafa rayon Yenigün kənd E.Mustafayev adına tam orta məktəblə bağlı sosial şəbəkələrdə yayılmış videogörüntülərlə əlaqədar müvafiq araşdırma aparılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsi açıqlama yayıb.

Araşdırma nəticəsində məktəb direktoru Tamella Bayramova tərəfindən kollektivə qarşı etik davranış qaydalarının pozulduğu və digər neqativ hallara yol verildiyi məlum olub.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Ağstafa rayon Yenigün kənd E.Mustafayev adına tam orta məktəbin direktoru tutduğu vəzifədən azad edilib.