İxtisas imtahanlarında iştirak ödənişli olacaq - QƏRAR

 17:32 21.05.2024     3139

“Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas
şəhadətnaməsinin forması və verilməsi Qaydaları” təsdiqlənib.

Redaktor.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Eyni zamanda ixtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği də müəyyən edilib. Ödənişin məbləği 98 manat müəyyən edilib.