Şagird sinif yoldaşına ehtiyatsızlıqdan xəsarət yetirdi

 19:24 22.05.2024     435

Sosial şəbəkələrdə Biləsuvar rayon İsmətli kənd Xanlar Qafarov adına tam orta məktəbin 8-ci sinif şagirdinin xəsarət alması ilə bağlı məlumatlar yayılıb.

Şirvan-Salyan Regional Təhsil İdarəsindən Redaktor.az-a verilən məlumata görə, 21 may tarixində dərnək məşğələsindən çıxıb evə gedən zaman şagirdlərdən biri öz sinif yoldaşına ehtiyatsızlıqdan xəsarət yetirib.

“Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılıb, hüquq-mühafizə orqanlarına məlumat verilib. Biləsuvar rayon Təhsil sektorunun əməkdaşları tərəfindən məktəbliyə baş çəkilib, valideyn və şagirdlə söhbət aparılıb. Hazırda şagirdin səhhətində ciddi problem yoxdur” – RTİ-nin açıqlamasında qeyd edilib.