Bu tələbələrə əlavə 200 manat təqaüd veriləcək 

 13:54 25.05.2024     457

Sumqayıt Dövlət Universiteti növbəti tədris ilində universitetə yüksək balla qəbul olacaq tələbələr üçün yeni imkanlar yaradır.

Redaktor.az xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.

Qərara görə, bu il SDU-ya 500-dən çox balla qəbul olacaq tələbələr aylıq 200 manat əlavə təqaüd və pulsuz yataqxana ilə təmin olunacaqlar.

Xüsusi təqaüd digər təqaüdlərin verilməsi qaydalarına uyğun olaraq tələbələrin semestr üzrə ümumi orta müvəffəqiyyət göstəricilərinə əsasən davamlı olaraq ödəniləcək.

Qeyd edək ki, “Tələbə evi”ndə tələbələrin rahatçılığı üçün yüksək standartlara cavab verən otaqlar, keyfiyyətli internet təminatı, istilik təchizatı, asudə vaxtın səmərəli keçirilməsi üçün bütün imkanlar yaradılıb.