DİM-ə şikayət edən şagird haqlı çıxdı - Ölkə birincisi oldu

 16:20 25.05.2024     431

Dövlət İmtahan Mərkəzi (DİM) Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin şagirdi Sevil Babayevanın apellyasiya müraciətinə cavab verib.

Redaktor.az xəbər verir ki, DİM abituriyentin haqlı olduğuna qərar verib. 

Belə ki, buraxıılış imtahanlarında 297,5 bal toplayan, lakin nəticəsi ilə razılaşmayan Sevil Babayeva apellyasiyaya müraciət etmişdi. Nəticədə DİM şagirdin haqlı olduğunu görərək onun xeyrinə qərar verib.

Beləliklə, buraxılış imtahanlarında ən yüksək nəticə göstərənlərin sayı 54 nəfərə çatıb.