İmtahan cavabları nə vaxt açıqlanacaq?

II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı başa çatıb.
Dövlət İmtahan Mərkəzindən Redaktor.az-a verilən məlumata görə, imtahan 22 şəhər və rayonda təşkil olunub.
Mayın 27-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.