"Növbəti illərdə elm və innovasiyalar sahəsində yeniliklər görəcəyik" - Emin Əmrullayev

 10:30 27.05.2024     689

Növbəti illərdə elm və innovasiyalar sahəsində yeniliklər görəcəyik.

Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gündəmə yeni nəsə çıxanda dərhal buna uyğun ixtisasın yaradılması düşünülür.

"Hesab edirlər ki, təhsil sisteminə yeni ixtisasın əlavə edilməsi ilə problemlər həllini tapacaq. Təbii ki, yeni ixtisaslara hər zaman ehtiyac var. Xüsusilə də tətbiqi sahədə yeni ixtisaslar açılmalıdır. Lakin anlamalıyıq ki, "yaşıl iqtisadiyyat" və ya bərpa olunan enerji, eləcə də bu kimi mövzuları daha yaxşı təqdim etmək üçün sadəcə fundamental elmlərə düzgün yanaşma lazımdır. ", - nazir qeyd edib.