Bakıda Şimali Kipr universitetləri ilə bağlı sərgi keçiriləcək

 12:20 29.05.2024     402

Sabah Bakıda Şimali Kipr universitetlərinin tanıdılması məqsədilə sərgi keçiriləcək.

Redaktor.az xəbər verir ki. bunu "report"a Şimali Kipr Türk Respublikasının təhsil naziri Nazım Çavuşoğlu deyib.

Onun sözlərinə görə, tədbirdə Şimali Kiprdə yerləşən 14 ali təhsil müəssisəsinin rektoru da iştirak edəcək.

Nazir həmçinin bildirib ki, mayın 29-da təhsil naziri Emin Əmrullayevlə də görüşəcək: “Görüşdə Azərbaycanla Şimali Kipr arasında perspektivdə təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq”.