Şuşada TDT Təhsil Nazirlərinin VIII İclası keçirilir

 09:09 01.06.2024     304

Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Təhsil Nazirlərinin VIII İclası keçirilir.

Redaktor.az xəbər verir ki, bu gün həmçinin Türk Akademiyasının Elmi Şurasının VII iclası da olacaq.

İclaslarda TDT, həmçinin Türk Akademiyasına üzv və müşahidəçi dövlətlərin nümayəndə heyətləri iştirak edəcəklər.

Tədbirlər zamanı ölkələr arasında ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.