Ödənişli təhsil alan tələbələr bu universitetdə pulsuz oxuyacaq

 09:50 04.06.2024     824

Ödənişli əsaslarla təhsil alan tələbələr Qarabağ Universitetinin SABAH qruplarında təhsil haqqı xərclərindən azad olunacaqlar.

Redaktor.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd edək ki, 2024/2025-ci tədris ilində Qarabağ Universitetinin bakalavriat səviyyəsində SABAH qruplarına tələbə qəbulu aparılacaq ixtisaslarla bu link vasitəsilə tanış olmaq olar.