MİQ-də qüsurlu sualların olması barədə rəsmi AÇIQLAMA

 11:47 06.06.2024     1017

Müəllimlərin işə qəbulu imtahanında sualların hazırlanmasında iştirak edən şəxslər ciddi proseslərdən keçir.

Redaktor.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən müəllimlərin sertifikasiyası ilə bağlı məlumatlandırıcı sessiyada Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

"İmtahan suallarında hansısa çətinliyin, müzakirə doğuran halların olması təbii ki, bizim üçün də yaxşı hal deyil. Hansısa bir faiz suallarda texniki qüsurların olması arzuolunan deyil, lakin biz bunun aradan qaldırılması üçün iş aparırıq. Ötən il sualların məzmununda ən az sayda səhv aşkarlanan imtahanı keçirmişik" - deyə Agentlik direktoru qeyd edib.