Birinci sinfə qəbulla bağlı AÇIQLAMA

Birinci sinfə qəbulda 109 minə yaxın uşaq artıq məktəbini və müəllimini seçib.
Redaktor.az-ın məlumatına görə, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
Onun sözlərinə görə, bu göstərici ölkə üzrə məktəbyaşlı uşaqların 83 %-i deməkdir.
“Gələn həftə, yəni iyunun 12-dən etibarən tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi mümkün olacaq. Burada ilk olaraq prioritet bölmələr seçim edəcək. 11 minə yaxın uşaq bu prosesdə iştirak edəcək”, - Bağırov qeyd edib.