10-cu sinif şagirdi vəfat etdi

 15:16 07.06.2024     1623

Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi vəfat edib. 

Redaktor.az xəbər verir ki, bu barədə məktəbin sosial şəbəkə hesabında məlumat paylaşılıb. 

Bildirilib ki, məktəbin fəal və nümunəvi şagirdi olan Nurməmmədova Leyla Anar qızı xəstəlik səbəbilə dünyasını dəyişib.